Ali məktəblərdə ixtisasların yeni təsnifatı ilə bağlı AÇIQLAMA

media-ads_728_90

“Ali məktəblərdə ixtisasların yeni təsnifatı təsdiqlənib. Magistratura səviyyəsində ixtisaslar tamamilə yenilənib. Yeni tədris ili üçün əmək bazarının tələblərinə uyğun şəkildə, işəgötürənlərlə birgə yeni ixtisas proqramları hazırlanıb və bu proses hazırda davam edir. Beləliklə, artıq yenilənmiş təsnifata uyğun ixtisasları görməkdəyik”.

“TV1” xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.

O bildirib ki, bakalavriat səviyyəsində də bir neçə yeni ixtisas müəyyən olunub:

“Dünya və ölkəmiz inkişaf etdikcə, iqtisadiyyat genişləndikcə, əmək bazarının tələbləri də dəyişir. Bu da öz növbəsində yeni ixtisasların ali təhsil müəssisələrinin proqramına daxil edilməsini zəruri edir”.

media-ads_728_90
Paylaş