Ali məktəblərdə V qrup üzrə plan yerləri dolmayan ixtisaslar hansılardır?
Beşinci qrup üzrə aktyor sənəti ixtisasında 16 yer, dekorativ tətbiqi sənətdə (sahələr üzrə) 14 yer, dirijorluq (sahələr üzrə) ixtisasında 9 yer, operator sənəti ixtisasında 2 yer və rejissorluqda 11 yer boş qalıb.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən başlayıb və sentyabrın 2-dək davam edəcək.