Ali təhsil müəssisələrinə elektron ixtisas seçimi başa çatıb
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi avqustun 20-də saat 08.59-da başa çatıb.
“TV1” xəbər verir ki, bu barədə DİM-in məlumatında bildirilib.
Məlumatda qeyd olunur ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. Ən çox ərizə I qrupa verilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.