Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinin müddəti uzadılıb

media-ads_728_90

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-dək uzadılıb.

“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

media-ads_728_90
Paylaş