Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatıb
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Qeyd olunur ki, 128765 abituriyent öz ərizəsini təsdiq edib.
Ərizəsini təsdiq edənlərdən 124316 nəfəri Ali təhsil müəssisələrinə, 112881 nəfəri isə kolleclərə sənəd verən abituriyentlərdir.
Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.