Almaniya Daxili işlər naziri Aleksandr Dobrindtin yeni, sərtləşdirilmiş miqrasiya siyasəti
Almaniyada hökumətin tərkibi dəyişəndən sonra sərhəd yoxlamaları gücləndiriliib və üçüncü olkəlırdın sığınacaq axtaranların sərhəddən buraxılmaması praktikası başlayıb.
“TV1” xəbər verir ki, Daxili işlər Nazirliyi ilk statistik nəticələri ictimayyətə təqdim edib. Dörd həftə ərzində sığınacaq üçün müraciətlərin sayı 36,5% azalıb. Bununla yanaşı, ölkəyə girişə imtinaların sayı artıb: 2861 belə hal qeydə alınıb ki, bu da əvvəlki hökumətin dövründən 42,3% çoxdur. Eyni zamanda, BILD nəşrinin məlumatına görə, sərhəddə yerləşdirilən polislərin sayı 3 mindən 14 minə yüksəlidilib. Almaniya Daxili İşlər Nazirliyi hesab edir ki, yeni hökumətin sərt qanunları özünü doğruldur. Mayın 8-dən etibarən ölkəyə giriş qadağası ilə 184 nəfər saxlanılıb, 139 qeyri-qanuni miqrant həbs edilib, axtarışda olan 859 nəfər isə əvvəlcədən verilmiş həbs qərarı ilə tutulub. Bundan əlavə, polis sərhəddə radikal islamçılar da daxil olmaqla 92 ekstremist müəyyən edib.