Almaniya XİN: İrandan 30 min alman vətəndaşın təxliyəsi mümkün deyil
İrandakı münaqişə ucbatından 30 min alman vətəndaşın təxliyəsi mümkün deyil.
“TV1” BILD-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlamasında bildirib.
O, İranla münaqişə səbəbindən hazırda Fars körfəzi regionunda olan alman turistlərin təxliyəsi ehtimalını istisna edib:
“Biz turistləri təxliyə edə bilməyəcəyik, çünki hava məkanı tamamilə bağlıdır. Hazırda zərərçəkənlərin evlərinə nə vaxt qayıda biləcəklərini proqnozlaşdırmaq mümkün deyil”.
Onun sözlərinə görə, Alman Tur Operatorları Assosiasiyası (DRV) bölgədə zərər çəkmiş alman turistlərin sayının 30 minə yaxın olduğunu hesab edirlər:
“Xaricdəki bütün səfirliklər və nümayəndəliklər açıqdır. Məlumat vermək üçün intensiv işləyirik”.
Almaniyanın xarici işlər naziri həmçinin vurğulayıb ki, səyahət edənlər öz təhlükəsizliklərinə cavabdehdirlər: “Vəziyyətin təhlükəli ola biləcəyi sirr deyildi. Biz hamımız bu münaqişənin daha uzun sürməsinə hazır olmalıyıq”.








