ANAMA əməkdaşları yol qəzasına düşüb - Ölən və yaralananlar var

media-ads_728_90

Beyləqanda baş verən qəza zamanı ikisi qardaş olmaqla, 3 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində baş verib.

Qəza zamanı 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu, 1996-cı il təvəllüdlü Həşimov Elvin Bariz oğlu və 1999-cu il təvəllüdlü Səfərov Məhərrəm Elman oğlu ağır xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəza hadisəsi nişan mərasimindən qayıdan zaman baş verib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan qardaşlardan biri ölüb. 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.

Qeyd edək ki, avtoqəza zamanı xəsarət alanlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş