media-1200x100

ANAMA-ya iki mexaniki minatəmizləmə vasitələri təqdim olunub

media-ads_728_90

“Biz bu gün iki ədəd minatəmizləmə texnikasının ANAMA-ya verilməsini təsdiqləyən sertifikatları imzalamaqdan, eləcə də, işğaldan azad olunan ərazilərimizdəki məqsədyönlü işlərə töhfə verməkdən məmnunluq hissi keçiririk”.

“TV1” xəbər verir ki, bunu “AgroDiary” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov Bakı Ekspo Mərkəzində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisi çərçisində “AqroDairy” tərəfindən ANAMA-ya iki ədəd “Revival” mexaniki minatəmizləmə vasitələrinin təqdim olunması ilə bağlı mərasimdəki çıxışında
deyib.

“Biz Azərbaycanın işğaldan azad olunan ərazilərindəki minatəmizləmə fəaliyyətinə töhfə verməkdən qürur duyuruq”, – deyə o, bildirib.

Sonda tərəflər ianəni təsdiqləyən sertifikatları imzalayıblar.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil edilib. İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

media-ads_728_90
Paylaş