Türkiyənin 6 bölgəsində meşə yanğını qeydə alınıb - YENİLƏNİB

media-ads_728_90

Türkiyənin 6 bölgəsində meşə yanğını qeydə alınıb.

“TV1” xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağ, Bursa, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir.

İzmirdə baş verən yanğın nəzarət altına alınıb. Tekirdağ, Bursa, Sakarya, Antalya və Kahramanmaraşda meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir.

15:29  —————————————————————————————————————————————

Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi xəbər yayıb.

Bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi, Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub. Quru yolla yanaşı, hava vasitələri – helikopterlər və təyyarələr də yanğınsöndürmə əməliyyatlarına qoşulub.

Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir. Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Yerli qurumların verdiyi açıqlamalarda Antalya vilayətində bu gün səhər saatlarında baş verən iki ayrı meşə yanğınından biri – Aksu rayonundakı yanğın artıq nəzarət altına alınıb. Alanya rayonunda davam edən digər yanğının söndürülməsi istiqamətində isə həm havadan, həm də qurudan müdaxilə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Aksuda başlayan yanğın yaxınlıqdakı əkin sahələrinə də keçib. Lakin yanğınsöndürmə qruplarının vaxtında müdaxiləsi sayəsində alovun istixanalar və yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın nəzarətə götürülüb.

Hazırda ərazidə soyutma işləri davam etdirilir. Əməliyyatlara Aksu Rayon Jandarm Komandanlığı və Antalya Vilayət Jandarm Komandanlığının əməkdaşları da cəlb olunublar.

İlkin məlumatlara əsasən, yanğın nəticəsində bir hektar meşə sahəsi zərər görüb.

media-ads_728_90
Paylaş