Aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri ELAN OLUNDU
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
‘’TV1’’ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, nəticələr DİM-in saytında da yerləşdirilib.








