Arxiyepiskop Mikael Acapaxyan həbs edilib
Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyan İrəvan Birinci İnstansiya Məhkəməsinin qərarı ilə həbs edilib.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.
Məlumata görə, M.Acapaxyan iki aylıq müddətə həbs edilib, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
İlkin məlumata görə, arxiyepiskop Nubaraşen cəzaçəkmə müəssisəsinə aparılacaq.
Qeyd edək ki, M.Acapaxyan Ermənistanda hakimiyyətin devrilməsinə açıq çağırışlarda ittiham olunur.