Aşağı Güzdəkdə zavodda güclü YANĞIN - VİDEO
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verib.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
FHN-dən verilən son məlumata görə, yanğın qısa müddətdə məhdudlaşdırılıb.