media-1200x100

ATƏT/DTİHB-dən 227 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib

media-ads_728_90

“Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb”.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 69 ölkə və 50 qurumdan 604 beynəlxalq müşahidəçi qeydə alınıb.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 227 nəfər artıq bizdə müşahidəçi kimi qeydiyyatdan keçib. ATƏT PA-dan 61 nəfər, TÜRK PA-dan isə 16 nəfər müşahidəçi akkreditasiyadan keçib”.

Qeyd edək ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində parlament seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilərin müraciət müddəti 22 avqustda başa çatıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş