Avqustun 28-dən boş qalan plan yerlərinə ixtisas seçiminə başlanılır
Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi müsabiqəsinin I mərhələsindən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında söyləyib.