Avstriyada məktəbdə ATIŞMA - 11 ölü, 30 yaralı /FOTO 

media-ads_728_90

Avstriyanın Qrats şəhərində məktəbdə atışma nəticəsində 11 nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə TASS Avstriya mediasına istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, naməlum silahlı şəxs səhər saat 10 radələrində BORG federal məktəbinin binasında atəş açıb:

“Hadisə nəticəsində 11 nəfər həlak olub. Atəş açan şəxs həmin məktəbin şagirdi olub. Sonda o, intihar edib. Bir neçə şagird və müəllim ağır yaralanıb. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Şəhərə xüsusi təyinatlı “Kobra” bölməsi də daxil olub. İstintaq davam edir və atəş açan şəxsin motivləri ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb. Baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib”.

 

media-ads_728_90
Paylaş