Azad edilən ərazilərdə çalışmaq üçün yeni fürsət - VİDEO
Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi sosial şəbəkədə Qarabağın dirçəlişində iştirak edən, peşə təhsili üzrə azad edilən ərazilərdə çalışan şəxslərlə bağlı paylaşım edib.
“TV1” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Paylaşımda deyilir ki, peşə təhsili alaraq azad edilən ərazilərdə çalışan şəxslərdən biri də Bərdə rayon sakini olan Toğrul Dadaşzadədir. O, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 2024-cü ildə elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə məzun olduqdan sonra, Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi işə başlayaraq Qarabağın dirçəlişində birbaşa iştirak edir:
“Bu, sadəcə, bir gəncin uğur hekayəsi deyil, illərlə nisgillə baxdığımız torpaqlara həyatın, işığın, ümidin geri qayıdışıdır. Sən də yolunu peşə ilə başla, peşə təhsili və təlimi al, Qarabağa peşənlə qayıt”.