media-1200x100

Azad edilmiş ərazilərdə daha 97 mina, 612 PHS aşkarlanıb

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.12.2024 – 15.12.2024) açıqlanıb.

“TV1” xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 612 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 772 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

media-ads_728_90
Paylaş