Azad edilən ərazilərdə neçə şagird təhsil alır?
“Hazırda azad edilən ərazilərdə 10 ümumi təhsil müəssisəsi (məktəb), 4 məktəbəqədər təhsil müəssisəsi (bağça) fəaliyyət göstərir.
“TV1” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.
O bildirib ki, bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.