media-1200x100

Azad olunmuş ərazilərdə 300-dən çox yeraltı su kəhrizi minalanıb

media-ads_728_90

“Azad olunmuş ərazilərdə 300-dən çox yeraltı su kəhrizi mina və sursatlarla çirkləndirilib”.

“TV1” xəbər verir ki, bunu “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilib, kanallar dağıdılıb və minalanıb.

media-ads_728_90
Paylaş