Azad olunmuş ərazilərdə səs verəcək seçici sayı məlum olub
1 sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilər üzrə 42 mindən çox seçici səs verəcək.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, azad edilən ərazilərdə 54 seçici məntəqəsi fəaliyyət göstərəcək:
“Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər”.