AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub

media-ads_728_90

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları ötən gün axşamdan bərpa olunub.

“TV1” xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qeyd olunur ki, artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir.

Xatırladaq ki, daha əvvəl açıqlanan məlumatda “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salındığı bildirilib: “AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər”.

media-ads_728_90
Paylaş