AZAL Təbrizə birbaşa uçuşlara başlayır

media-ads_728_90

AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır.

“TV1” xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.

Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını genişləndirir, mədəni və iqtisadi əlaqələrin inkişafına şərait yaradır.

Qeyd edək ki, AZAL eyni zamanda İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

media-azal-iran

media-ads_728_90
Paylaş