AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səsyazısı

media-ads_728_90

2024-cü il dekabrın 25-də AZAL-a məxsus “EMBRAER 190” mülki təyyarəsini vuran kapitan Dmitri Paladiçukun çəkdiyi eksklüziv audioyazılar və videogörüntülər yayımlanıb.

“TV1” “Minval Politika”ya istinadən verdiyi xəbər verir ki, Dmitri Paladiçuk Rusiya ordusunun fəaliyyət göstərdiyi şəraiti ətraflı təsvir edir.

Səs yazısında Dmitri Paladiçuk nasaz texnika, təchizat çatışmazlığı, Rusiya ordusundakı nizamsızlıqdan söz açır. Onun sözlərinə görə, 274 saylı döyüş maşınının ekipajı Qroznıya Suriya kampaniyasından sonra pis texniki vəziyyətdə gəlib. Dmitri Paladiçuk vurğulayıb ki, “Pantsir”ə texniki qulluq göstərilməyib, termal kamera, radar və optik sistemlər nasaz olub. D.Paladiçuk hələ dekabrın 15-də kor-koranə, hədəfi görmədən atəş açmalı olub.

Qeyd edək ki, videoda qeyri-etik ifadələrdən istifadə edilib.

Xatırladaq ki, AZAL-a məxsus “EMBRAER 190” mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur. Bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib. Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Dmitri Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

media-ads_728_90
Paylaş