media-1200x100

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

media-ads_728_90

Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.

“TV1” xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn S.Şükürov qitə çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Vüsal Qələndərzadə (73 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

16:55  —————————————————————————————————————————————-

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

“TV1” xəbər verir ki, millimiz aktivinə daha bir qızıl medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.

Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

media-cudo-323

media-ads_728_90
Paylaş