Azərbaycan I yarımildə 12 milyard kubmetrdən çox qaz ixrac edib

media-ads_728_90

Bu ilin I yarısında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib.

“TV1” xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, bunun 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlarının, 13,8 milyard kubmetri “Şahdəniz” yatağının, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya, 4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9 milyard kubmetr), 1,1 milyard kubmetr Gürcüstana satılıb.

“Şahdəniz” yatağı istismara veriləndən 1 iyul 2025-ci il tarixinə qədər 487,1 milyard kubmetr qaz hasil edilib. Yataqdan 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.

media-ads_728_90
Paylaş