İdmançılarımız Paris Paralimpiadasına hazırlıqlara başladı
Paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə Azərbaycan milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
“TV1” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib.
“Paris-2024” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan toplanış avqustun 21-dək davam edəcək.
Qeyd edək ki, Paris Paralimpiadası avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.