Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

media-ads_728_90

Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

media-ads_728_90
Paylaş