Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər - Paşinyan

media-ads_728_90

“Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib”.

“TV1” xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu”, – deyə o bildirib.

N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: “Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik”. /report/

media-ads_728_90
Paylaş