media-1200x100

Azərbaycan Qran-Prisi: Niderlandlı pilot Formula 2 yarışının sıralama turunda birinci olub

media-ads_728_90

Formula 2 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.

“TV1” xəbər verir ki, 30 dəqiqə davam edən yürüşdə “Trident” komandasının niderlandlı pilotu Riçard Versçor birinci olub.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martins ikinci, “Prema”da çıxış edən italiyalı Kimi Antenolli üçüncü sırada qərarlaşıb.

Yarışda 11 komanda mübarizə aparıb.

Bu gün, həmçinin 17:00-da Formula 1-də ikinci sərbəst yürüş olacaq.

media-ads_728_90
Paylaş