Azərbaycan səfiri Rusiya XİN-i tərk edib - YENİLƏNİB/VİDEO
Azərbaycan səfiri Rəhman Mustafayev bu gün Rusiya XİN-ə çağırılıb, orada təxminən bir saat olub.
“TV1” TASS-a istinadən xəbər verir ki, səfir nazirlik binasını şərh vermədən tərk edib.
10:59 ——————————————————————————————————————————————-
Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib.
“TV1” TASS-a istinadən xəbər verir ki, Azərbaycan diplomatı rəsmi çağırışdan sonra Rusiya XİN-ə gedib.
Səfir R.Mustafayevin nazirliyə çağırılmasına səbəb kimi Rusiya Federasiyası jurnalistlərinin Bakıda saxlanılması göstərilir.