Azərbaycan taekvondoçusunun dünya REYTİNQİ
Dünya Taekvondosu idmançıların yeni dünya reytinqini açıqlayıb.
“TV1” xəbər verir ki, 58 kq çəkidə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedov ikinci yerdədir.
Azərbaycan taekvondoçusu Olimpiya finalındakı rəqibindən – koreyalı Tae-Conq Parkdan geri qalır.
120 reytinq xalına malik olan Qaşım liderdən 80 xal geri qalır. Eyni zamanda, idmançımız 3-cü yerdə qərarlaşan Məhəmməd Cendubini (Tunis) 78 xal qabaqlayır.