Azərbaycan tərəfi İrandan gələn xarici ölkə vətəndaşlarının keçidinə şərait yaradır

media-ads_728_90

Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

“TV1” xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

Təxliyə edilən şəxslər üçün çay süfrəsi təşkil olunub. Eyni zamanda, səhhətində problem yarana biləcək şəxslərin vaxtında tibbi yardım alması məqsədilə təcili tibbi yardım avtomobili və peşəkar həkim briqadası əraziyə cəlb edilib. Təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb. /azərtac/

media-ads_728_90
Paylaş