Sabah Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın Hava Limanının açılışını edəcək

media-ads_728_90

Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın Hava Limanının açılışını edəcəklər.

“TV1” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, sabah Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub.

media-acilis

media-ads_728_90
Paylaş