Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Donald Tramp
“Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındır”.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp amerikalı senatorlarla şam yeməyində açıqlama verib.
D.Trampın çıxışı Amerika telekanalları tərəfindən yayımlanıb.
“Ermənistan, Azərbaycan, biz orada möcüzə yaratdıq və sülh sazişi artıq məqsədə yaxındır”, – deyə D.Tramp qeyd edib.
Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.