Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib
Ankarada səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.
“TV1” xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.
Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.