Azərbaycan və Türkiyə bayraqlarının yandırılması qəbuledilməzdir - Nikol Paşinyan

media-ads_728_90

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qəbuledilməz adlandırıb.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.

“Baş nazir Paşinyan bu cür davranışı pisləyir. Bunu məsuliyyətsizlik və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətlərin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına ölkə rəhbəri tərəfindən başqa münasibət ola bilməz. Bu təhrikedici davranışdır”, – deyə o bildirib.

media-ads_728_90
Paylaş