media-1200x100

Azərbaycan və Ukrayna XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər

media-ads_728_90

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə telefon danışığı zamanı ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edib.

“TV” xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “X”də yazıb.

“Biz qarşılıqlı şəkildə ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə hörmətimizi bir daha ifadə etdik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, – deyə o, əlavə edib.

 

media-ads_728_90
Paylaş