Azərbaycan XİN Peter Stanoya cavab verdi
“Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib”.
“TV1” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq “X”də yazıb.
“Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv iddiası və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib”, – deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi “X” hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.
Such a subjective claim & biased political consideration by @ExtSpoxEU repeating preset negative attitude by @osce_odihr towards the elections in #Azerbaijan is null and void.
Elections took place in complete accordance with the Constitution of the country and its national laws. https://t.co/xRZYQOs4Ex
— Aykhan Hajizada (@Aykhanh) September 3, 2024