Azərbaycana növbəti partiya meymunçiçəyi testləri gətiriləcək
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitləri satın alır.
“TV1” xəbər verir ki, 5000 dəst PCR dəstinin, yaradan nümunə götürmək üçün 3000, burun/boğaz sahəsindən nümunə götürmək üçün 5000 ədəd virus daşıyıcı tübün, eləcə də virusların nukleyin turşusunun avtomatik üsulu ilə isolasiyası üçün 5000 dəst reagentin gətirilməsi nəzərdə tutulub.