Azərbaycanda 125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq
Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
“TV1” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov bildirib ki, 125 mandat uğrunda 991 nəfər mübarizə aparacaq.
O, seçki bülletenlərində deputatlığa 991 namizədin adının qeyd olunduğunu vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.