media-1200x100

Azərbaycanda 6 ayda 36 partlayış olub - 22 nəfər ölüb

media-ads_728_90

Azərbaycanda 2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 36 partlayış hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu, 2023-ci ilin I yarımilliyi ilə müqayisədə 11 hadisə və ya 44% çoxdur.

Partlayışlar zamanı 22 nəfər həlak olub, 65 nəfər xəsarət alıb.

media-ads_728_90
Paylaş