media-1200x100

Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

media-ads_728_90

Vətəndaşların vahid bir platformadan bütün dövlət qurumlarının xidmətlərinə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.

“TV1” xəbər verir ki, bunu yenilənmiş “mygov” rəqəmsal hökumət plarformasının təqdimatı zamanı sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev deyib.

O, bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada “mygov” üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür:

“Məsələn, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiya ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın “mygov”a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının “mygov”a gətirilməsi nəzərdə tutulub. Bu proses davam edəcək”.

media-ads_728_90
Paylaş