media-1200x100

Azərbaycanda kəlağayı festivalı KEÇİRİLƏCƏK

media-ads_728_90

Azərbaycanda kəlağayı festivalı keçiriləcək.

“TV1” xəbər verir ki, noyabrın 30-da Bakı şəhərində keçirləcək festivalda eksklüziv əl işləri nümayiş olunacaq.

Festivalda qonaqlar Azərbaycanın bir çox bölgələrinin nəfis kəlağayı nümunələri ilə tanış ola və əldə edə biləcəklər. Festivalın qonaqları qədim kəlağayılardan zövq almaqla yanaşı, onların tarixi və daşıdıqları simvollarla da tanış olmaq imkanı əldə edəcəklər.

Həmçinin, festivalın qonaqlarını unikal əl işlərinin yaradılması üzrə maraqlı ustad dərsləri, ənənəvi kəlağayı naxışlarının və müxtəlif kəlağayı bağlama tərzlərinin nümayişi, eləcə də incəsənət xadimlərinin mədəni ənənələrin ruhunu əks etdirən çıxışları və milli rəqslərimiz və videoçəkiliş gözləyir. Bundan əlavə, festivalda qonaqlara bacarıqlı xanımların hazırladığı nəfis təamlar və çay da təqdim olunacaq.

Tədbir çərçivəsində Azərbaycanın kəlağayı irsinə həsr olunmuş unikal dizaynlı kolleksiya təqdim olunacaq ki, bu da iştirakçıları sehrli gözəllik ab-havasına qərq edəcək.

Festival noyabrın 30-da Passage 1901, Nigar Rəfibəyli 12/14-də saat 12:00-dan 21:00-dək keçiriləcək. Giriş sərbəstdir.

İlham almaq, yeni obrazlar kəşf etmək və zəngin ənənələrə qoşulmaq üçün Kəlağayı festivalına qatılın.

media-ads_728_90
Paylaş