Azərbaycanda "Meymunçiçəyi"nə yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda bugünədək meymunçiçəyi xəstəliyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb.
“TV1” xəbər verir ki, bu barədə apa-ya Səhiyyə Nazirliyindən bildirilib.
Respublika ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.