media-1200x100

Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ

media-ads_728_90

Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

“TV1” xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada “meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

media-ads_728_90
Paylaş