media-1200x100-50faiz

Ölkədə neçə dövlət uşaq bağçası var? - AÇIQLAMA

media-ads_728_90

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub”.

“TV1” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.

O bildirib ki, yeni məktəbəqədər təhsil müəssisələrinin istifadəyə verilməsi təlim-tədris prosesinin daha keyfiyyətlə həyata keçirilməsinə xidmət edir:

“Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi prosesin daha keyfiyyətli aparılmasına təkan verən əsas amillərdəndir. Hazırda ölkə ərazisində 1674 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təxminən 100 min uşaq məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilib”.

media-ads_728_90
Paylaş