Azərbaycanda nə qədər şagird var?

media-ads_728_90

Bu tədris ilində ölkədə 107 mindən çox uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alıb.

“TV1” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında deyilir.

Qeyd olunub ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.

Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə 131 396 uşaq birinci sinfi bitirib. 2025-2026-cı tədris ilində 86 432 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirib

Eyni zamanda vurğulanıb ki, ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.

media-ads_728_90
Paylaş