media-1200x100

Azərbaycanda nə qədər xarici tələbə təhsil alır? - VİDEO

media-ads_728_90

Azərbaycan universitetlərində yalnız yerli tələbələr deyil, eləcə də əcnəbi tələbələr də təhsil alırlar. Azərbaycanda ilbəil ali təhsil müəssisələrinin artması, yeni ali təhsil müəssisələrinin açılması əcnəbi tələbələr üçün böyük imkanlar ortaya qoyur.

“TV1” xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 3 dildə – Azərbaycan, ingilis və rus dillərində tədris həyata keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Beynəlxalq reytinqdə irəlilədikcə əcnəbi tələbələrin də universitetə marağı artır. Universitetdə hazırda 31 nəfər əcnəbi tələbə magistratura təhsil pilləsi üzrə təhsil alır, 8 nəfər isə doktorantura təhsili alır ki, bu da universitetdə elmi araşdırmaların aparılması üçün yaxşı şəraitin olmasından xəbər verir.

Hazırda 30 ölkədən 295 tələbə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. Tələbə sayına görə tələbələrin təmsil etdikləri ölkələrin sıralamasında ilk yerdə Gürcüstan, sonra isə Rusiya və Türkiyə gəlir. Əcnəbi tələbələr daha çox informasiya texnologiyaları idarəetmə fakultəsi, Qaz-Neft mədən fakultəsi, iqtisadiyyat və menecment fakultəsinə maraq göstərirlər.

Bu gün Azərbaycan universitetlərində xarici tələbələrin təhsil alması üçün bir çox səbəblər var. Beynəlxalq ali təhsil proqramlarının universitetlərimizdə tətbiqi, inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının açılması və dünyanın inkişaf etmiş ölkələrinin universitetlərimiz ilə birgə tədrisin aparılması və s. kimi layihələr ölkəmizdəki ali təhsilin beynəlxalq təhsilə olan marağın təzahürüdür.

Daha ətraflı süjetdə:

İlkanə Vaqifqızı

media-ads_728_90
Paylaş