Azərbaycanda nikahların sayı AZALIB
“2023-cü illə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb”.
“TV1” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
O, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildəki fəaliyyəti barədə hesabat təqdim edib.
Komitə sədri qeyd edib ki, 2023-cü illə müqayisədə ölkədə nikahların sayında azalma müşahidə olunub, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
2024-cü ildə nikaha daxilolma hallarının sayı 49 508, boşanma hallarının sayı isə 21 384 təşkil edib.